Ana Sayfa > Gündəm > "Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu29-11-2021, 16:31. Yazar: sevinc1 |
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. aia.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. Xatırladaq ki, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi. İttihama görə, Kikboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub. F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir. aia.az Geri dön |