Ana Sayfa > Seçki 2024 > Samuxda şəhid Həsən Məmmədlinin ildönümü qeyd olunub

Samuxda şəhid Həsən Məmmədlinin ildönümü qeyd olunub


29-11-2021, 10:43. Yazar: sevinc1
Samuxda şəhid Həsən Məmmədlinin ildönümü qeyd olunub

28 noyabr 2021-ci il tarixdə vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan şəhidlərimizdən biri olan Məmmədli Həsən Qəhrəman oğlunun doğulduğu Samux rayonu Çobanabdallı kəndində ildönümü qeyd olunub. Anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub.

Mərasim zamanı şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan, döyüşlər zamanı göstərdiyi şücaətdən danışılıb. Məmmədli Həsən 21 sentyabr 2020-ci il tarixdə hərbi səfərbərliyə çağırılıb, sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin tərkibində döyüşlərə qatılmışdır. Ordu sıralarında olduğu müddət ərzində üzərinə düşən xidməti borcunu layiqincə yerinə yetirərək, bir çox döyüş əməliyyatlarında iştirak etmiş, həmçinin Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad edilməsi uğrunda gedən ağır döyüşlərdə cəsur döyüşçü kimi tanınmışdır. Laçın rayonunun Xanalar kəndinin azad edilməsi uğrunda gedən ağır döyüşlərdə iştirak edərkən 09 noyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. 28 noyabr 2020-ci ildə Çobanabdallı kənd qəbirstanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əasən Məmmədli Həsən Qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Allah şəhidimizə rəhmət eləsin.Ruhu şad olsun!

aia.az

Geri dön