Ana Sayfa > Ölkə > Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub


29-11-2021, 09:07. Yazar: sevinc1
Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan dərzi sexinin içərisində əşyalar 4 m² sahədə və 1 ədəd tikiş maşını yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az
Geri dön