Ana Sayfa > Qərbi Azərbaycan > Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq

Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq


28-11-2021, 11:30. Yazar: admen
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq

Çox güman ki, ildə bir dəfə koronavirusa qarşı gücləndirici peyvənd vurulması tələb olunacaq.

Bunu Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri deyib.

Onun sözlərinə görə, revaksinasiya immun müdafiəni artırır. Amma bu müdafiənin nə qədər davam edəcəyi hələ dəqiq bilinmir, və ola bilsin ki, bunu hər il təkrarlamaq lazım olsun.

Montqomeri bildirib ki, vətəndaşa müəyyən vaxt ərzində təkrar peyvənd olunmadığına görə qüvvədən düşən vaksin sertifikatlarının verilməsinin lehinədi. Misal üçün, Almaniyada koronavirusa ilk peyvəndlər keçən ilin dekabr ayında vurulmağa başlayıb, ancaq onlara verilən sertifikatlar indiki vaxta qədər etibarlı sayılır.

aia.az
Geri dön