Ana Sayfa > Təhsil > İnkişafda olan Goranboy təhsili

İnkişafda olan Goranboy təhsili


27-11-2021, 14:52. Yazar: admen
İnkişafda olan Goranboy təhsili

Son illər dövlətin diqqət və qayğısı sayəsində Azərbaycanda təhsil yüksək inkişaf dövrünü yaşayır.

Uğurlu təhsil strategiyası, islahatlar, qəbul edilmiş proqram, qərar və sərəncamlar bu sahədə ciddi keyfiyyət dəyişiklikləri yaradıb, nailiyyətlər qazanılmasında həlledici rol oynayıb.

Şübhəsiz, bu nəticələrin əldə olunmasında təhsilin səmərəliliyinin artırılması məqsədilə tədris şəbəkələrinin
genişləndirilməsi, paytaxt və iri şəhərlərlə yanaşı, bölgələrdə təhsil müəssisələrinin fəaliyyət göstərməsi də xüsusi
önəm daşıyıb.

Goranboy rayon Təhsil Şöbəsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edib. Ölkə rəhbərliyinin, xüsusən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə olan qayğısı nəticəsində Goranboy təhsilinin maddi-texniki bazası daha da möhkəmləndirilib, müasir tələblər səviyyəsində yenidən qurulub, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ciddi addımlar atılıb.

Qeyd edək ki, bu təyinatadək Goranboy rayon Aşağı Ballıqaya kənd ümumi orta məktəbdə direktor vəzifəsində çalışan Seymur Nazarov 1982-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub.

Azərbaycan Dillər Universitetini Dilşünaslıq ixtisası üzrə bitirib. 2005-2010-cu illərdə Goranboy rayon Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbdə fransız dili müəllimi, 2016-2017-ci illərdə Goranboy rayonu Goran qəsəbə ümumi orta məktəbdə psixoloq, 2017-ci ildə Goranboy rayon Qaramusalı kənd tam orta məktəbdə fransız dili müəllimi, 2017-2019-cu illərdə Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində müavin vəzifəsində işləyib.



Onun rəhbərlik etdiyi təhsil şöbəsi 1937-ci ildə Qasım İsmayılov Xalq Maarif şöbəsi adı altında faliyyətə başlamışdır. 1993 cü ildən isə Goranboy Rayon Təhsil Şöbəsi kimi fəaliyyətini davam etdirir. Rayon Təhsil Şöbəsinin tabeliyində 58 tam orta 10 ümumi orta 2 məktəbdənkənar təhsil müiəssisəsi fəaliyyət göstərir.

Möhkəm maddi-texniki bazaya malik sözügedən təhsil şöbəsi kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə
respublikanın qabaqcıl pedaqoji kollektivlərindən birinə çevrilib.

Ötən 3 ayda şöbənin fəaliyyətində ciddi dəyişikliklər baş verib. Respublika Təhsil Nazirliyinin və rayon İcra
Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində burada tədrisin keyfiyyəti xeyli yüksəlib.

Əlbəttə, bütün bunlar kollektivdə nizam-intizamın, məsuliyyət hissinin gücləndirilməsi, tədris prosesinə tələbkarlığın
artırılması hesabına mümkün olub. Bir sözlə, indi burada hər kəs məsuliyyətlə çalışır, layiqli kadrlar hazırlanması
üçün əlindən gələni əsirgəmir.

Bütün işlərinə məsuliyyətlə yanaşan Seymur Nazarovun vəzifə pillələrində yuksəldikcə özünə yeni "dostlar" qazanması da səbəbsiz deyil.

Çox təəssüflər olsun ki, bəzi KİV-lər nədənsə Seymur müəllimin uğurlarını həzm etmirlər. Azərbaycan müəlliminə qarşı çox çirkin kompaniya aparır, iftira dolu məqalələrlə hansısa məqsədlər güdürlər. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.

azeripress.az
Geri dön