Ana Sayfa > Siyasət > Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib

Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib


26-11-2021, 12:26. Yazar: sevinc1
Əli Əsədov rusiyalı həmkarına başsağlığı verib

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən aia.az-a verilən məlumata görə, Baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 52 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

aia.az
Geri dön