Ana Sayfa > Qərbi Azərbaycan > Oğurluq görüntüləri yayılan xəstəxana direktorunun yerinə təyinat olub
Oğurluq görüntüləri yayılan xəstəxana direktorunun yerinə təyinat olub26-11-2021, 12:14. Yazar: sevinc1 |
Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub. Bu barədə aia.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumata görə, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib. O, bu vaxta qədər həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb. Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizov işdən çıxarılıb. O, marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayıldığı üçün öz ərizəsi əsasında vəzifəsindən azad olunub. aia.az Geri dön |