Ana Sayfa > Cəmiyyət > Bakıda küçədə 5 yaşlı uşaq tapıldı

Bakıda küçədə 5 yaşlı uşaq tapıldı


25-11-2021, 18:04. Yazar: sevinc1
Bakıda küçədə 5 yaşlı uşaq tapıldı

Bakıda küçədə 5 yaşlı uşaq tapılıb.

aia.az xəbər verir ki, hadisə noyabrın 21-i axşam saatlarında Xətai rayonu, NZS qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına 5 yaşlı uşağın küçədə qalması barədə məlumat daxil olub. Daha sonra uşağın yeri müəyyən edilib və o, sığınacağa aparılıb.

Uşaq adının Arif olduğunu deyir. Polis əməkdaşları isə onun diləndirildiyini güman edirlər.

Hazırda Xətai RPİ-də uşağın yaxınlarının tapılması istiqamətində araşdırmalar aparılır.(report)

Geri dön