Ana Sayfa > Seçki 2024 > YAP Sabirabad rayon təşkilatının rəhbərliyi könüllülərlə birlikdə şəhidlərin ailələrlərini ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi könüllülərlə birlikdə şəhidlərin ailələrlərini ziyarət ediblər


25-11-2021, 15:40. Yazar: sevinc1
YAP Sabirabad rayon təşkilatının rəhbərliyi könüllülərlə birlikdə şəhidlərin ailələrlərini ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi könüllülərlə birlikdə Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Hümbətov Şahin Əlicuvan oğlu və Zeynalov Nurlan Rafael oğlunun doğum günləri münasibəti ilə şəhidlərimizin ailələrlərini ziyarət etmişdir. Ziyarət zamanı şəhidlərimizin döyüş yolundan və göstərdikləri qəhramanlıqlardan danışılmışdır. Daha sonra şəhidlərimizin məzarları ziyarət olunaraq, məzarları önünə gül-çiçək dəstələri düzülmüş və ruhunlarına dualar oxunmuşdur.

Həmçinin şəhid ailələri bu diqqət və qayğıya görə ölkə rəhbəri, cənab prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

#ŞəhidlərÖlməz #ŞəhidlərimizəEhtiramla
#VətənVarOlsun #RəşadətliAzərbaycanOrdusu

aia.az
Geri dön