Ana Sayfa > Karusel / Təhsil > Koronavirusa görə bağlanan daha iki məktəbdə əyani dərslər bərpa olundu
Koronavirusa görə bağlanan daha iki məktəbdə əyani dərslər bərpa olundu25-11-2021, 14:15. Yazar: sevinc1 |
Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aia.az-a verilən məlumata görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır", - idarədən bildirilib. aia.az Geri dön |