Ana Sayfa > Karusel / Ölkə > Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? -
Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? -25-11-2021, 10:06. Yazar: sevinc1 |
![]() Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər saatlarından etibarən zəifləyib, yağıntı isə günortadan sonra kəsiləcək. Bu barədə Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Rayonlarda isə yağışlı hava şəraiti noyabrın 27-si gündüzədək davam edəcək: "27-si gündüz saatlarından etibarən hava şəraiti sabit, əsasən yağmursuz keçəcək" - deyə G.Məmmədova qeyd edib. Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib. aia.az Geri dön |