Ana Sayfa > Siyasət > Sahibə Qafarovanın Sankt-Peterburqa işgüzar səfəri başlayıb

Sahibə Qafarovanın Sankt-Peterburqa işgüzar səfəri başlayıb


25-11-2021, 09:27. Yazar: sevinc1
Sahibə Qafarovanın Sankt-Peterburqa işgüzar səfəri başlayıb

Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gəlib.

Milli Məclisdən aia.az-a verilən məlumata görə, Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və MDB PA çərçivəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Spikerin tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

aia.az
Geri dön