Ana Sayfa > Gündəm > Bu il 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib -
Bu il 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib -24-11-2021, 15:42. Yazar: sevinc1 |
2021-ci il ərzində (17 noyabradək) 653 nəfər (övladları ilə birlikdə 678 nəfər) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət edib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bütün müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılır. Həmçinin, qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2021-ci ilin 10 ayı ərzində 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib. aia.az Geri dön |