Ana Sayfa > İdman > ÇL: "Çelsi" "Yuventus"u darmadağın edərək pley-offa vəsiqəni təmin edib

ÇL: "Çelsi" "Yuventus"u darmadağın edərək pley-offa vəsiqəni təmin edib


24-11-2021, 08:56. Yazar: admen
ÇL: "Çelsi" "Yuventus"u darmadağın edərək pley-offa vəsiqəni təmin edib

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin "Çelsi" klubu İtaliyanın "Yuventus" klubunu qəbul edib.

Oyun meydan sahibi komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Trevo Çaloba (25-ci dəqiqə), Ris Ceyms (56), Kallum Hadson-Odoi (58) və Timo Verner (90+5) vurub.

Bu qələbə sayəsində "Çelsi" xallarının sayını 12-yə çatdırıb və pley-offa vəsiqəni təmin edib. "Yuventus" pley-offa vəsiqəni keçən tur "Zenit"i məğlub etdikdən sonra təmin etmişdi.

aia.az
Geri dön