Ana Sayfa > Şou-biznes > “Armudu stəkanda çay əvəzi araq içirdilər” - Xalq Artisti
“Armudu stəkanda çay əvəzi araq içirdilər” - Xalq Artisti23-11-2021, 13:31. Yazar: admen |
"Əsgərliyə gedəndə 26 yaşım var idi. Yanımdakılar 15-16 yaşlarında idi. Orada məni hörmətlə qarşıladılar". AİA.Az Olay-a istinadən xəbər verir ki, bu sözləri "Fatehin divanı" verilişində Xalq artisti Mübariz Tağıyev deyib. İrəvanda doğulub, böyüyən sənətçi Azərbaycana köçməyindən danışıb. M. Tağıyev deyib ki, o, Xalq artisti Rəşid Behbudovun dəvəti ilə Bakıya gəlib: "Əsgərlikdə olanda R. Behbudovdan teleqram gəldi. Əvvəllər onu bir azərbaycanlı kimi tanıyırdım, görüşmüşdük. Moskvada konsertə gedəndə rastlaşmışdıq. Bu teleqram hərbi hissəyə çatdı. Hamı heyrətləndi. Demə, Bakıya dəvət edirlərmiş. Mənə də söylədilər ki, artıq ailən Bakıdadır, birbaşa bura gələrsən. Bundan sonra mənim xoş günlərim başladı. O vaxt Kukla Teatrının ikinci mərtəbəsində evimiz var idi. Əsgərlikdən gəldim, Xalq artisti Rafiq Babayev dedi ki, ikinci mərtəbəyə çıxarsan. Rəşid Behbudova gəlməyim barədə xəbər vermişdilər. Onu dəhlizdə gördüm, məni bir ata, ağsaqqal kimi qarşıladı. Dedi ki, axır ki, Vətənindəsən. Dedim, Rəşid müəllim, axı ora da bizim qədim torpağımızdır, vətənimizdir. Dedi, mən orada işləmişəm, bilirəm. Sonra əsgərlikdən çox hörmətli insanların, generalların salamını çatdırdım. Birdən düşündü ki, əsgərlərlə görüş edə bilərik, ona ideyalar bir-birinin ardınca gəlirdi. Çox keçmədi, dediyini də etdik, hərbi hissələrdə konsertlər verdik. Rəşid Behbudovdan dərs aldıqdan sonra dedim ki, artıq peşəkar məktəb keçmişəm və tam hazıram. Çox mükəmməliyyətçi idi. Bizim gözümüzün qarşısında şairlər, bəstəkarlar gəlib otaqdan incik gedirdilər. Bizdən də istədiyi o idi ki, ifa etdiyimiz mahnının hər kəlməsi, hər hərfi eşidilməlidir". Xalq artisti "Rəşid Behbudovun soyuq su içməmək kimi vərdişləri var idimi" sualına isə belə cavab verib: "O dondurma da yeyirdi. Hətta bir dəfə kollektiv şəkildə rayona gedirdik. Uşaqlar Rəşid müəllimdən qorxduqları üçün termosda araq gətirmişdilər. Guya isti çay imiş kimi gizli armudu stəkanda yavaş-yavaş içirdilər. Amma Rəşid müəllim başa düşdü. Araq olduğunu bildi. Sonra qayıtdı ki, ay oğul, bunu belə içmirlər, başqa nəyiniz var? Biz hamımız güldük". Geri dön |