Ana Sayfa > Karusel / Ölkə > Minaya düşən “Azərişıq” əməkdaşının vəziyyəti stabildir

Minaya düşən “Azərişıq” əməkdaşının vəziyyəti stabildir


23-11-2021, 12:58. Yazar: sevinc1
Minaya düşən “Azərişıq” əməkdaşının vəziyyəti stabildir


Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.

“Azərişıq” ASC-dən aia.az-a verilən məlumata görə, hadisədən dərhal sonra Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub:

"Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.

aia.az
Geri dön