Ana Sayfa > Siyasət > Ərdoğan Davudoğlunun istefasından danışdı
Ərdoğan Davudoğlunun istefasından danışdı5-05-2016, 16:06. Yazar: admin |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə qurultay barədə açıqlama verib. Aia.Az modern.az-a istinadən bildirir ki, Ərdoğan bildirib ki, fövqəladə qurultay baş nazir Əhməd Davudoğlunun öz qərarıdır. "Fövqəladə qurultayın keçirilməsi Baş nazirin öz qərarıdır, xeyirli olsun". Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı mayın 22-də keçiriləcək. Qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir. AKP-nin yeni sədri həm də baş nazir kreslosuna əyləşəcək. Bu vəzifəyə əsas namizədlər kimi Binali Yıldırım, Bəkir Bozdağ, Berat Albayrak, Numan Kurtulmuş və Mehmet Müəzzinoğlunun adları çəkilir. Fövqəladə qurultayın çağırılması mayın 4-də axşam prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun görüşündə qərara alınıb. aia.az Geri dön |