Ana Sayfa > Seçki 2024 > Sumqayıt Teatrında yeni tamaşa...

Sumqayıt Teatrında yeni tamaşa...


23-11-2021, 09:37. Yazar: admen
Sumqayıt Teatrında yeni tamaşa...

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi pandemiya ilə əlaqədar məşqləri saxlanılan daha bir səhnə əsərini hazırlayıb təhvil verib. Kollektiv bu dəfə kiçik yaşlı tamaşaçılarını sevindirəcək. Azərbaycan Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluşunda məşhur Azərbaycan nağılı “Göyçək Fatma” tamaşasının daxili baxışı ondan xəbər verir ki, tezliklə bu səhnə əsəri geniş auditoriyaya təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur. Rəqslərin quruluşu B.Şukin adına Rusiya Ali Teatr məktəbinin məzunu Vüsal Mehrəliyevə, musiqi tərtibatı Fuad Kazımova aiddir.

Daxili baxış zamanı teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşanın ərsəyə gəlməsində zəhməti keçən əməkdaşları təbrik edib, maraqlı tamaşa üçün yaradıcı və texniki heyətə öz təşəkkürünü bildirib. Ümumilikdə ideyanın çatdırılmasını vurğulayıb, bəzi texniki məqamlara yenidən nəzər salınmasını tövsiyyə edib.

Baş rejissor, Xalq artisti Firudin Məhərrəmov da maraqlı aktyor oyunlarından, eləcə də rejissor işinindən danışıb. Tamaşanın rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssam Elşən Sərxanoğlu çıxışlarında yaradıcı heyətə bundan sonrakı tamaşalarda da uğurlar arzulayıb.
Tamaşada Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Elmir Mehtiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə və İradə Zeynalova ifa etdikləri rollarla aktyor istedadlarını bir daha nümayiş etdiriblər.
Səhnə əsəri tezliklə kiçik tamaşaçılara təqdim olunacaq.

Leyla Hafizqızı,
Sumqayıt
Geri dön