Ana Sayfa > Karusel / Siyasət > Putin-Əliyev-Paşinyan görüşü noyabrın 26-da keçiriləcək -
Putin-Əliyev-Paşinyan görüşü noyabrın 26-da keçiriləcək -22-11-2021, 18:10. Yazar: sevinc1 |
![]() Ermənistan mediası Putin-Əliyev-Paşinyan görüşünün noyabrın 26-da Soçidə keçiriləcəyini iddia edir. aia.az xəbər verir ki, erməni teleqram kanalları bu məlumatı yayarkən etibarlı mənbələrə istinad etdiklərini bildirib. “Noyabrın 26-da Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək”,-deyə iddiada qeyd edilib. Ermənistan hökuməti bu məlumatı şərh etməyib. Xatırladaq ki, bir müddət öncə də Putin-Əliyev-Paşinyan görüşü barədə məlumat yayılmış, Rusiya tərəfi bunu inkar etməmişdi. Ancaq 16 noyabr tarixində Ermənistan-Azərbaycan sərhəddində baş vermiş və hər iki tərəfdən itkilərə səbəb olmuş toqquşma bu görüşü gündəmdən çıxarmışdı. Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Əliyev-Paşinyan görüşü planlaşdırılıb. Həm Azərbaycan, həm də Ermənistan tərəfi həmin görüşə artıq rəsmən razılıq verib.(modern.az) aia.az Geri dön |