Ana Sayfa > Təhsil > Bu şagirdlərin X sinfə qəbulu noyabrın 30-da yekunlaşacaq

Bu şagirdlərin X sinfə qəbulu noyabrın 30-da yekunlaşacaq


22-11-2021, 15:07. Yazar: sevinc1
Bu şagirdlərin X sinfə qəbulu noyabrın 30-da yekunlaşacaq

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.

Bu barədə aia.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

aia.az
Geri dön