Ana Sayfa > İdman > Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının VIII tur üçün heyətləri bəlli olub
Avropa çempionatı: Azərbaycanın şahmat yığmalarının VIII tur üçün heyətləri bəlli olub20-11-2021, 14:21. Yazar: admen |
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub. Kişilərdən ibarət komanda Ukrayna yığması ilə, qadınlar isə Macarıstanla üz-üzə gələcək. Qeyd edək ki, 7 turdan sonra 11 xalı olan kişilərdən ibarət yığma Ukrayna ilə birlikdə şərikli liderdir. Qadınlar isə 9 xalla Polşa, Niderland və Macarıstanla birgə 5 - 8-ci yerləri bölüşür. Avropa çempionatı, VIII tur 20 noyabr Kişilər Azərbaycan - Ukrayna Teymur Rəcəbov - Anton Korobov Rauf Məmmədov - Andrey Volokitin Qədir Hüseynov - Yuri Kuzubov Nicat Abbasov - Kirill Şevçenko Qadınlar Macarıstan - Azərbaycan Sidoniya Lazarne - Günay Məmmədzadə Titsiya Qara - Gülnar Məmmədova Joka Qaal - Xanım Balacayeva Barbara Mihok-Yuhas - Gövhər Beydullayeva aia.az Geri dön |