Ana Sayfa > Gündəm > Baş Prokurorluq ANAMA əməkdaşı və DSX-nin gizirinin minaya düşməsi barədə məlumat yaydı
Baş Prokurorluq ANAMA əməkdaşı və DSX-nin gizirinin minaya düşməsi barədə məlumat yaydı20-11-2021, 13:59. Yazar: admen |
Zəngilanda ANAMA əməkdaşı və DSX-nın giziri minaya düşüb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır. aia.az Geri dön |