Ana Sayfa > Dünya > Ən çox Ayseli izləyiblər... - FOTO

Ən çox Ayseli izləyiblər... - FOTO


5-05-2016, 15:57. Yazar: admin
Ən çox Ayseli izləyiblər... - FOTO








Təxminən bir həftə sonra Stokholmda 61-ci "Eurovision" mahnı müsabiqəsi baş tutacaq.

Aia.Az qafqazinfo-ya istinadən bildirir ki, Səmra Rəhimli Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edəcək.

Nəzərə alsaq ki, "Eurovision" Azərbaycanda çox populyardır və təmsilçimiz hər il həm ictimaiyyət, həm də mediada diqqət mərkəzində olur.

Biz də bu məqamda Azərbaycanı "Eurovision"da təmsil edən müğənnilərin performanslarına nəzər saldıq.

Məlum olub ki, "Eurovision"un rəsmi "Youtube" kanalında ən çox izlənilən Aysel Teymurzadə və Araşdır.

Sözügedən klipi 25 milyon 803 nəfər, səhnə şousunu isə 2 milyon 282 nəfər izləyib.

Xatırladaq ki, "Always"adlı mahnı nəticə olaraq finalda iştirak edən 25 mahnı arasında 3-cü yerə layiq görülmüşdü.



İkinci sırada Azərbaycanı ötən il müsabiqədə təmsil edən Elnur Hüseynovun ifa etdiyi "Hour of the wolf" mahnısı olub.

Rəsmi səhifədə mahnıya çəkilən klip 7 milyon 720 min, final çıxışı isə 1 milyon 523 min baxış toplayıb.

Qeyd edək ki, həmyerlimiz mahnı müsabiqəsində 12-ci sırada öz yerini tutmuşdu.



Növbəti sırada avropalıların rəğbətini "Eurovision-2010" təmsilçimiz Safura Əlizadənin "Drip drop" mahnısı qazanıb. Sözügedən mahnıya çəkilən klip 5 milyon 767 min, final çıxışısı isə 3 milyon 433 min insan tərəfindən izlənilib.

Qeyd edək ki, musiqisi İsveç bəstəkarları Stefan Örn və Anders Baggeyə, sözləri isə isveçli söz yazarları Sandra Byurman və Pyotr Uassa məxsus mahnı 5-ci yerə çıxmışdı.



4-cü sırada "Eurovision 2014" təmsilçimiz Dilarə Kazımova olub. "Stare a fire" mahnısının klipinə 2 milyon 273 min, final çıxışı isə 247 min tamaşaçı baxıb.

Vurğulayaq ki, sözügedən musiqi parçası 26 mahnı arasında 22-ci yerə sahib olmuşdu. Bu nəticə Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində əldə etdiyi ən pis nəticəsi olaraq tarixə düşüb.



Sıralamada növbəti yeri "When the music dies" mahnısı ilə Səbinə Babayeva tutub. "Eurovision" rəsmi "youtube" səhifəsində klip 1 milyon 895 min, final çıxışı isə 924 min baxış toplayıb.

Qeyd edək ki, Səbinə babayeva 4-cü sırara öz yerini tutmuşdu.



Növbəti sırada "Eurovision - 2011" mahnı müsabiqəsinin qalibləri Ell (Eldar Qasımov) və Nikki (Nigar Camal) tutub.

"Running Scared" adlı mahnı klipi müsabiqənin rəsmi kanalında 1 milyon 585 min, final çıxışı isə 2 milyon 464 min insan baxıb.



Qeyd etdiyimiz kimi, bu il Azərbaycanı "Eurovision" Səmra Rəhimli təmsil edəcək. Səmra Rəhimli

Azərbaycanı İsveçin paytaxtı Stokholm şəhərində Amir Alinin bəstəsi olan Miracle mahnısı ilə təmsil edəcək. Səmra Rəhimlinin ifası 13 mart tarixində rəsmən təqdim edildi. Müğənni "Eurovision" səhnəsinə 10 may tarixində 1-ci yarım-finalda çıxacaq.

Hazırda S.Rəhimlinin klipi "Eurovision" rəsmi kanalında 3 milyon 314 min baxış toplayıb.



Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə cütlüyünün klipi və səhnə çıxışı müsabiqənin rəsmi "Youtube" səhifəsində yerləşdirilməyib.

Bildirək ki, "Day After Day" musiqi parçası 2008-ci ildə keçirilən müsabiqədə 25 mahnı arasında 8-ci yerə layiq görülmüşdü.


aia.az
Geri dön