Ana Sayfa > Ölkə > Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə Göygöl rayonunda ağacəkmə kompaniyası keçirilib
Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə Göygöl rayonunda ağacəkmə kompaniyası keçirilib20-11-2021, 13:12. Yazar: admen |
![]() Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. YAP Göygöl rayon təşkilatı da bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq ardıcıl tədbirlər reallaşdırır. 20 noyabr 2021-ci il tarixində rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri ağacəkmə kompaniyası olub. Belə ki, kompaniyada YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, təşkilatın aparat işçiləri, Göygöl rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazi ilk partiya təşkilatlarının əməkdaşları və YAP Göygöl rayon təşkilatının könüllüləri iştirak ediblər. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən rayonun şəhidlər xiyabanının ərafına 200 ədəddən artıq həmişəyaşıl ağaclar əkilmiş, quruyan ağaclar yeniləri ilə əvəz edilmişdir. Kompaniyaya təşkilatın könüllüləri böyük həvəslə dəstək verirdilər. Kompaniya iştitakçılarının xüsusi səliqə ilə əkdiyi ağacların dibləri bərkidildi və suvarıldı. aia.az Geri dön |