Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Vaksinasiya olduğu üçün qapanmalara getmirik - Yaqut Qarayeva
Vaksinasiya olduğu üçün qapanmalara getmirik - Yaqut Qarayeva20-11-2021, 12:23. Yazar: admen |
Vaksinasiya başlayandan bəri bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın müsbət təsiridir. Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib. O qeyd edib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi, indi isə vəziyyət fərqlidir: “Bu da vaksinasiyanın təsiridir. Vaksinasiyanın effektivliyini göstərən bundan yaxşı nümunə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq”, –deyə o qeyd edib Y.Qarayeva ölkəmizdə bu günə kimi həm pandemiya ilə mübarizədə, həm də Vətən Müharibəsində tibb personallarının xidmətlərini də qeyd edib. “Azərbaycanda bu günə kimi pandemiya ilə mübarizəyə 43 551 tibb personalı, 574 könüllü, xaricdən dəvət olunan 380 mütəxəssis cəlb edilib. Vətən müharibəsi zamanı yaralılara 10 000 tibb personalı, 1300 könüllü, xaricdən dəvət olunan 100 mütəxəssis xidmət göstərib”-, deyə o bildirib. aia.az Geri dön |