Ana Sayfa > Media > YAP Şəmkir rayon təşkilatı partiyanın yaradılmasının 29-cu ildönümünə ilə əlaqədar “Yeni Azərbaycan Partiyası Gənclərin gözü ilə” adlı tədbir keçirib
YAP Şəmkir rayon təşkilatı partiyanın yaradılmasının 29-cu ildönümünə ilə əlaqədar “Yeni Azərbaycan Partiyası Gənclərin gözü ilə” adlı tədbir keçirib19-11-2021, 17:35. Yazar: admen |
YAP Şəmkir rayon təşkilatı partiyanın yaradılmasının 29-cu ildönümünə ilə əlaqədar “Yeni Azərbaycan Partiyası Gənclərin gözü ilə” adlı tədbir keçirib Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Şəmkir Gənclər Evinin birgə təşəbbüsü ilə Şəmkir Gənclər Evində partiyanın təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Gənclər Evinin direktoru İlkin Musyev YAP Şəmkir rayon təşkilatının məsul işçiləri, ərazi partiya təşkilat sədrləri və partiyafəalları iştirak edirdilər. Tədbir ilk öncə YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edildi, sonar tədbiri Şəmkir Gənclər Evinin direktoru İlkin Musayev giriş sözü ilə açaraq 29 ildə şərəfli yol keçən YAP-ın möhtəşəm uğurlarından söz açıb. O qeyd edib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı: “1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu.” Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdiyini söyləyib. Bildirib ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilən YAP bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Çıxışlarda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq, bu gün xalqımızın nəhayət ki, böyük arzusunun gerçəkləşməsi, müqəddəs Qarabağ torpağının və işğal altında olan bütün ərazilərimizin öz əzəli sahibinə qaytarılması, bu torpaqlarda abadlıq və quruculuq işlərinin sürətlə aparılması da sevinc hissi ilə vurğulanıb. Sonda bir qrup partiya fəalı fəxri fərmanlarla təltif olunub. aia.az Geri dön |