Ana Sayfa > Seçki 2024 > YAP Sabirabad rayon təşkilatının fəalları şəhidin ailəsini ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının fəalları şəhidin ailəsini ziyarət ediblər


19-11-2021, 15:10. Yazar: sevinc1
YAP Sabirabad rayon təşkilatının fəalları şəhidin ailəsini ziyarət ediblər

YAP Sabirabad rayon təşkilatının fəalları, rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş rayonun Xəlfəli kənd sakini Rəsulov Ağacan Əfsər oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxunub. Daha sonra partiya fəalları şəhidmizin ailəsini ziyarət edib, ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

Şəhid ailəsi və yaxınları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Geri dön