Ana Sayfa > İdman > "Azərbaycan himnini ürəkdən oxuyuram" - Canni De Byazi
"Azərbaycan himnini ürəkdən oxuyuram" - Canni De Byazi19-11-2021, 13:16. Yazar: admen |
"Mən özümü yaşadığım ölkənin bir parçası hesab edirəm". AİA.Az "Report"a istinadən bildirir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "CBC Sport" telekanalındakı "Start" verilişində oyunlar zamanı Azərbaycan himnini oxuması barədə danışarkən deyib. İtaliyalı mütəxəssisin himnin bir hissəsini əzbər bildiyini söyləyib: "Amma ölkənizə çox yaxın hiss edirəm. Himninizi isə ürəkdən oxuyuram". De Byazi Şahruddin Məhəmmədəliyevin hazırda "Zirə"yə rəhbərlik edən Rəşad Sadıqovun yığmanın sükanı arxasına gətirilməsi ilə bağlı fikirlərinə münasibət bildirib. İtaliyalı mütəxəssis "CBC Sport" telekanalındakı "Start" verilişində 27 yaşlı qapıçının daha çox öz işini görməli olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür qərarları yalnız AFFA verə bilər: "Amma qolkiperi də başa düşürəm. Deyib ki, mən gedəsi olsam, bu təyinat daha yaxşı olar. Çox oyunçularla danışıram. İstəsəniz, mesajları da göstərə bilərəm. Maksim Medvedev, Qara Qarayev, Filip Ozobiç, Emin Mahmudov, bir sözlə hamısı deyir ki, yığmada qalsanız, çox sevinərik". Şahruddin Məhəmmədəliyev mətbuata açıqlamasında yığmanı bu vəziyyətdən çıxara biləcək baş məşqçinin məhz Rəşad Sadıqov olduğunu söyləyib. Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi noyabrın 30-da başa çatacaq. Geri dön |