Ana Sayfa > Şou-biznes > "Balaşı o qədər yorduq ki, elə bil 70 yaşında öldü" - Xatun
"Balaşı o qədər yorduq ki, elə bil 70 yaşında öldü" - Xatun19-11-2021, 13:14. Yazar: admen |
"Onun bu dünyadan vaxtsız gedişi hamını yandırdı. Gecə-gündüz ailəsi üçün çalışırdı. Biz dörd övladı hər zaman bir arada tutmağa çalışırdı". AİA.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyev "Elgizlə izlə" proqramında deyib. Sənətçi dünyasını dəyişən stilist qardaşı Balaşdan bəhs edib: "Rəhmətə getməzdən əvvəl bacımla aramı elə düzəldirdi ki... Aramız bir az sərin olan kimi başlayırdı. Balaş bibisinə, xalasına, hamıya yaxşı davranırdı. 37 yaşında rəhmətə getdi. Onu o qədər yorduq ki, elə bil 70 yaşında dünyasını dəyişdi. Mənim oğlum, bacımın övladı üçün nələr etdi. Kimə nə etdirsə, həmin adam bildi-bilmədi fərqi yox idi. Deyirdi, Allah bilsin bəsdir. Sosial şəbəkələr başlayanda deyirdim filankəslər instaqramla işləyir. Deyirdi yox, istəmirəm". Geri dön |