Ana Sayfa > Ölkə > YAP Laçın rayon Təşkilatının ərazi ilk partiya təşkilatında (ƏİPT) silsilə tədbirlər davam edir
YAP Laçın rayon Təşkilatının ərazi ilk partiya təşkilatında (ƏİPT) silsilə tədbirlər davam edir19-11-2021, 10:23. Yazar: sevinc1 |
![]() Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının Təhsil şöbəsi ƏİPT –da YAP Laçın rayon Təçkilatının sədri səlahiyyətlərini icra edən İlqar İlyasovun iştirakı iləYeni Azərbaycan Partiyasının təsis edilməsinin 29 ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının Təhsil şöbəsi ƏİPT –nın sədri Nicat Həsənov Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətindən bəhs edib. Tədbirdə çıxış edən Partiya fəalları Şəbnəm Ugurlu, Şamo Qasımov, Rəfael Mirzəyev və başqaları Yeni Azərbaycan Partiyasının ötən 29 il ərzində müasir Azərbaycanın dinamik inkişafında oynadığı son dərəcə mühüm rolundan danışıblar. Tədbirdə çıxış edən YAP Laçin rayon Təşkilatı sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizi bir çox sınaqlardan uğurla keçirdiyini, xalqımızın ideya və arzularını yüksək səviyyədə təmin etdiyini bildirib. İ. İlyasov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın milli maraqlarımızı ləyaqətlə təmsil etdiyini, hər bir vətəndaşın siyasi və iqtisadi idealını gerçəkləşdirməyə çalışdığını, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verdiyini qeyd edərək 44 günlük Vətən Müharibəsində qazanılan möhtəçəm qələbədən bəhs edib. Natiq Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin səsləndirdiyi “YAP bu gün təkcə ölkəmizin aparıcı siyasi qüvvəsi deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük partiyasıdır” fikrini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. aia.az Geri dön |