Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda qadın polkovnik-leytenant vəfat etdi
Azərbaycanda qadın polkovnik-leytenant vəfat etdi18-11-2021, 17:19. Yazar: sevinc1 |
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib. Bu barədə Trend-ə T.Məmmədovanın yaxınları məlumat verib. Məlumata görə, T. Məmmədova bir müddət ağır xəstəlikdən əziyyət çəkirmiş. Mərhum polkovnik-leytenant bu gün səhər saatlarında dünyasını dəyişib. O Yasamal qəbiristanlığında dəfn olunub. Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib, sonuncu iş yeri Daxili Qoşunların Mətbuat xidmətinin rəhbəri olub. 2013-cü ildə o səhhəti ilə əlaqədar ehtiyata buraxılıb. aia.az Geri dön |