Ana Sayfa > Siyasət > Amerikalı həmsədr daşnaklarla niyə görüşdü?
Amerikalı həmsədr daşnaklarla niyə görüşdü?5-05-2016, 15:42. Yazar: admin |
Millət vəkili Sahib Alıyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Amerikada daşnaklarla görüşməsinə münasibət bildirib. Aia.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Feysbuk-dakı səhifəsində yazan S.Alıyev qeyd edib ki, burada məqsəd Moskvaya Rusiyanın öz erməniləri olduğu kimi, Amerikanın da öz erməniləri olduğunu göstərməkdir: "ATƏT-in Minsk "Qrupunun amerikalı həmsədri Ceyms Urolikin Amerikada daşnaklarla görüşməsi nə deməkdir bilirsinizmi? Moskvaya göstərməkdir ki, Rusiyanın öz erməniləri olduğu kimi, Amerikanın da öz erməniləri var. Və Dağlıq Qarabağ problemi danışıqlar yoluyla çözülmək istənilirsə, bu reallıq nəzərə alınmalıdır. İndi aydındırmı, danışıqlar niyə heç bir nəticə vermir? Çünki ermənilər subyekt yox, obyekt rolunda çıxış edirlər. Vasitəçiləri beynəlxalq normalar, ədalət, obyektivlik qətiyyən maraqlandırmır. Onları düşündürən problem çözülərsə, özlərinin nə qazanıb-itirəcəkləridir. Böyük dövlətlərin erməniyə havadarlıqlarının arxasında da daha çox din yox, məhz bu faktor dayanır. Hər biri onlardan öz maraqlarını reallaşdırmaq üçün faydalanır və yaxud da buna çalışır". Xatırladaq ki, Ceyms Uorlik ötən gün ABŞ-dakı "Ay Data"nın ofisində Ermənistanın "Daşnaksütyun" partiyasının nümayəndələri ilə görüşüb. Məlumata görə, görüşün əsas mövzusu Dağlıq Qarabağda vəziyyətlə əlaqədar olub. aia.az Geri dön |