Ana Sayfa > Ölkə > Samux rayonunda şəhidin ildönümü qeyd olunub
Samux rayonunda şəhidin ildönümü qeyd olunub18-11-2021, 15:31. Yazar: sevinc1 |
![]() Noyabrın 19-da 44 günlük Vətən müharibəsində şəhid olmuş Samux şəhər sakini Hümbətov Nürəddin İlqar oğlunun ildönümü qeyd olunub.Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Samux şəhərində mərasim keçirilib. Mərasimdə Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, Yeni Azərbayan Pariyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov və partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət olunub, onun əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, döyüş yolu barədə söhbət açılıb, valideynlərinə və qohumlarına başsağlığı verilib. Qeyd edək ki, Hümbətov Nürəddin İlqar oğlu 16 dekabr 1998-ci ildə Samux rayonunun Samux şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə cəbhəyə yola düşən Nürəddin Hümbətov Şuşa-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. O, noyabrın 19-da doğma Samux şəhərində dəfn edilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “ Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! aia.az Geri dön |