Ana Sayfa > Karusel / İdman > Bu gün ölkəmiz müxtəlif idman növləri üzrə yarışların uğurlu təşkilatçısı kimi tanınır -
Bu gün ölkəmiz müxtəlif idman növləri üzrə yarışların uğurlu təşkilatçısı kimi tanınır -18-11-2021, 10:08. Yazar: sevinc1 |
Bu gün ölkəmiz müxtəlif idman növləri üzrə yarışların uğurlu təşkilatçısı kimi tanınır. Azərbaycanda fəaliyyət göstərən müasir idman qurğularındakı şərait, təşkilatçılıq təcrübəsi və bizə məxsus qonaqpərvərlik tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilir. Trend-in məlumatına görə, bunu Gənclər və idman naziri Fərid Qayıbov Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatının açılış mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, bu tədbirlər arasında gimnastika növləri üzrə yarışlar xüsusi yer tutur. Batut gimnastikası üzrə Dünya Çempionatına ilk dəfə ev sahibliyi etsək də, bu gimnastika növü üzrə paytaxtımızda keçirilən 4-cü dünya birinciliyidir. "Əziz idmançılar! Bu yarış meydançası növbəti 4 gün ərzində Sizin ixtiyarınızdadır! Buraya toplaşmış hər bir kəs – məşqçilər, hakimlər, Beynəlxalq Gimnastika Federasiyasının rəsmiləri, Texniki Komitəsinin üzvləri Sizin möhtəşəm çıxışlarınızı dəyərləndirməyə hazırdır. Hamınıza yarışlarda uğurlar arzulayıram! Bakıda keçirəcəyiniz hər bir günün maraqlı və xoş xatirələrlə dolu olacağına inanıram!" - deyə o qeyd edib aia.az Geri dön |