Ana Sayfa > Seçki 2024 > Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihara cəhdin qarşısı alınıb


18-11-2021, 09:34. Yazar: admen
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

aia.az
Geri dön