Ana Sayfa > Seçilənlər-5 > ABŞ ordusu Gürcüstana girdi

ABŞ ordusu Gürcüstana girdi


5-05-2016, 15:34. Yazar: admin



ABŞ ordusuna aid zirehli birliklər Gürcüstana daxil olub.

Aia.az xəbər verir ki, "Noble Partner 2016" (Etibarlı tərəfdaş) hərbi təlimlərində iştirak etmək üçün ABŞ ordusuna aid "Abrams" tankları və "Bredli" zirehli döyüş maşınlarından ibarət hərbi kolonna bu gün Gürcüstan sərhədini keçib.

Məlumata görə, ABŞ zirehli birliyi Tiflis yaxınlığındakı "Vaziani" hərbi bazasında yerləşdiriləcək və may ayının 11-dən 26-a qədər keçiriləcək təlimlərdə gürcü hərbçiləri ilə birlikdə iştirak edəcək.
Geri dön