Ana Sayfa > Ölkə > Hərbçilərin ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir
Hərbçilərin ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir17-11-2021, 13:16. Yazar: sevinc1 |
![]() Azərbaycanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir. aia.az-ın xəbərinə görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, aşağıdakı şəxslər hərbi qulluqçuların ailə üzvləri heasb edilir: 1. Arvadı (əri); 2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları; 4. Valideynləri; Hərbi qulluqçularım himayəsində olan şəxslər isə aşağıdakılardır: 1. Arvadı (əri); 2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları; 4. Valideynləri; 5. Qanunla müəyyən edilmiş qaydada qəyyumluğunda və himayəsində olan digər şəxslər. aia.az Geri dön |