Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycan COVID-19 əleyhinə olan “TURKOVAC” vaksininin klinik sınaq mərhələsində iştirak edə bilər
Azərbaycan COVID-19 əleyhinə olan “TURKOVAC” vaksininin klinik sınaq mərhələsində iştirak edə bilər17-11-2021, 11:30. Yazar: admen |
Türkiyənin diplomatik müraciəti əsasında Azərbaycan səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyə Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorları ilə görüşüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına Azərbaycanın da qoşulmasını təklif ediblər. Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib. Görüşdə həmin məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib. aia.az Geri dön |