Ana Sayfa > Gündəm > YAP Saatlı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar konfrans keçirilmişdi.

YAP Saatlı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar konfrans keçirilmişdi.


16-11-2021, 18:22. Yazar: admen
YAP Saatlı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin  29-cu ildönümü ilə əlaqədar konfrans keçirilmişdi.

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Saatlı rayon təşkilatı rayonun Gənclər Mərkəzində “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır” mövzusunda konfrans keçirdi.

Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş vətən şəhidlərinin, dünyasını dəyişən partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Konfransda çıxış edənlər bildirdilər ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyi dayanır. Xalqımız Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə böyük inam və etimad göstərir. Konfransda qeyd olundu ki, Vətən müharibəsində Ali Baş Komandanın uğurlu hərbi strategiyası, Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində Qarabağın işğaldan azad olması Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin düzgünlüyünü, heç bir alternativi olmadığını tam sübut etmişdir.

YAP Saatlı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar konfrans keçirilmişdi.

aia.az
Geri dön