Ana Sayfa > Karusel / Gündəm > Milli Məclisin sədri: Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır
Milli Məclisin sədri: Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır16-11-2021, 13:31. Yazar: sevinc1 |
2022-ci il dövlət büdcəsinin məbləği 30 milyard manata yaxın olacaq. Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır. Bunu Milli Məclisin sədri Sahibə Qafarova 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-dakı iclasında deyib. Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasda müzakirə olunan məsələlərdən 22-si büdcə zərfinə daxildir. Büdcə zərfinə daxil olan məsələlər ölkənin iqtisadi vəziyyətini özündə ehtiva edir. Milli Məclisin sədri deyib ki, COVID-19 pandemiyasına baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkədə iqtisadi sabitlik qorunub saxlanılıb. aia.az Geri dön |