Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir

Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir


16-11-2021, 11:25. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir

YAP–ın yaranmasının 29–cu ildönümü münasibətilə Respublikamızın bütün ərazi partiya təşkilatlarnda silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyanın böyük ənənələri vardır. Gələn il, partiyamızın 30 illik yubileyini qeyd edəcəyik. Partiyanın yeni proqramı da hazırlanmaq üzrədir. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edəcək. Görüləcək işlərdən biri də, şəhid ailələrinə göstərilən dövlət dəstəyini də qeyd etmək istəyirəm. 44 günlük Vətən müharibəsindən 1 il keçməsinə baxmayaraq, artıq 3500-dən artıq şəhid ailəsi və müharibə əlili üçün mənzillər, fərdi evlərin və avtomobillərin təqdim edilməsi mərasimi keçirilmişdir. Bu rekord göstəricidir. Növbəti illər ərzində bu gün növbədə dayanan I və II Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına da mənzillər veriləcəkdir. Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərirlər. Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşirlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır. Çünki biz bu gün də görürük ki, nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır. Onların arasında faşist partiyaları var, onların arasında islamofob şüarlarla hakimiyyətə gəlmək istəyənlər var, onların arasında radikallar var. Bütün bunlar onu göstərir ki, tərbiyə işində boşluqlar olub. Sadəcə olaraq, ölkələrin təhsil sistemi bu sahəyə diqqət yetirməyib. Amma tərbiyə həm dərslər zamanı verilməlidir, eyni zamanda, ölkədə hökm sürən ab-hava ilə o da, tərbiyə üsullarından biridir. Cənab Prezident İlham Əliyevin dediyi kimi:” Əgər Azərbaycanı misal gətirsək, bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Harada ki, xalqın maraqları ön plandadır, o ölkələrdə nəsildən-nəslə keçən ənənələrlə yaşayır və biz bu ənənələri yaşatmalıyıq. O ölkələrdə ki, milli identifikasiya artıq arxa plana keçir, o ölkələrdə ki, ənənəvi dəyərlər demək olar ki, deqradasiyaya uğrayır, o ölkələrin gələcəyi çox problemli ola bilər”.
Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar. Burada təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır. Ölkə haqqında həqiqətləri gənc nəsil çoxu bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, sosial şəbəkələrdən yalan, saxta məlumatlar yazırlar və bəzi hallarda gənc insanlar buna inanırlar. Gənc nəslin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən birinci olmalıdır. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, - Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, - Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir.

Biz hamımız Azərbaycan xalqının nümayəndələriyik. Ancaq, eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu üçün hər bir xalqın, hər bir dinin nümayəndəsinin öz ənənələri var, öz bayramları var, öz həyat tərzi var və bir-birimizə hörmətlə yanaşmağımız bizim böyük sərvətimizdir. Deyə bilərik ki, Azərbaycan bu sahədə də dünyada nadir ölkələrdən biridir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər, öz ailəsində, öz doğma torpağında hiss edirlər. Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Bizim siyasətimiz xalq tərəfindən də qəbul edilir. II Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir. Amma biz yaxşı bilirik ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub. Onlar bunu gizlətmirlər və hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər. Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər. Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Biz bu il 18 oktyabrda müstəqilliyimizin bərpasının 30 illiyini qeyd etdik. 30 ildən sonra biz bu günü qürur hissi ilə qarşılayırıq. Biz Dövlət Müstəqilliyimizin Bərpasının 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış qalib xalq kimi, dövlət kimi qeyd edirik. Bunun üçün Ali Baş Komandan İlham Əliyevə onun Rəşadətli ordusuna və Azərbaycan xalqına borcluyuq. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Azərbaycan xalqının iradəsi Prezident üçün ən əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst etdik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır. Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri atır. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişindən, tərəqqisindən öz töhfələrini əsirgəmir. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək. Məqalənin sonunu Yeni Azərbaycan Partiyasının sədri, Cənab Prezident İlham Əliyevin müharibə dövründə xalq arasında geniş yayılmış məşhur sözləri ilə bitirmək istəyirəm: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
direktor köməkçisi, YAP Lənkəran şəhər təşkilatının
İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru

aia.az


Geri dön