Ana Sayfa > Ölkə > Bakıda "patı" alverçisi silahla yaxalandı
Bakıda "patı" alverçisi silahla yaxalandı16-11-2021, 10:06. Yazar: sevinc1 |
![]() Paytaxtda hərəkət edən avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb. Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Şevralet” Aveo markalı avtomobil saxlanılıb. Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb. Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. aia.az Geri dön |