Ana Sayfa > Ölkə > AQTA daha 4 müəssisədə pozuntular aşkarladı
AQTA daha 4 müəssisədə pozuntular aşkarladı15-11-2021, 17:36. Yazar: sevinc1 |
![]() Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu barədə aia.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 14-də ölkə üzrə 409 ictimai iaşə obyektində 707 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küç., ev 7 ünvanında yerləşən, hüquqi şəxs “Ülvi-B” MMC-yə məxsus kafe; 2. Bakı şəhəri, Xəzər rayonu, Binə ştq, Ə. Bayramov küçəsində yerləşən, fiziki şəxs Abbasov Mirsaleh Həbib oğluna məxsus dönər evi; 3. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 74H ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət qızına məxsus kafe; 4. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 2, m.19 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Vüqar Mirzəcan oğluna məxsus “Atlas Hotel” mehmanxanasının tərkibində restoran. aia.az Geri dön |