Ana Sayfa > İqtisadiyyat > "Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub" -

"Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub" -


15-11-2021, 11:44. Yazar: sevinc1
"Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub" -

"1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub".

aia.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir.

"O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları 108 milyard manata (63,5 milyard ABŞ dolları) çatacaq ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.

aia.az
Geri dön