Ana Sayfa > Şou-biznes > Azərbaycan traktor istehsalına başlayır

Azərbaycan traktor istehsalına başlayır


5-05-2016, 13:18. Yazar: admin


Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodu 2016-ci ildə iki min Belarus traktorunun Azərbaycana tədarükü və yığılması haqqında memorandum imzalayıblar.

Aia.az Trend-ə istinadən bildirir ki, sənədi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "Minsk Traktor Zavodu" ASC-nin baş direktoru Fyodor Domotenko imzalayıblar.

X.Fətiyev qeyd edib ki, hazırda Azərbaycan prezidenti İlham Əliyevin elan etdiyi respublikanın inkişaf prioritetlərindən biri kənd təsərrüfatıdır. Bununla əlaqədar müxtəlif təyinatlı keyfiyyətli kənd təsərrüfatı texnikasının kifayət həcmdə istehsalı önəm kəsb edir.

Danışıqlar zamanı hazır məhsulla üçüncü ölkələrin bazarlarına birgə çıxış barədə saziş əldə olunub, həmçinin Azərbaycanda istehsalın lokallaşdırılması üzrə məsələ müzakirə olunub.

Görüşdə Gəncə Avtomobil Zavodunun istehsalın genişləndirilməsi və yeni məhsulların istehsalı üzrə böyük imkanlarının olduğu qeyd olunub.

Aia.az
Geri dön