Ana Sayfa > Ölkə > Bu gündən Bakıda və digər bölgələrdə istilik mövsümü başlayır

Bu gündən Bakıda və digər bölgələrdə istilik mövsümü başlayır


15-11-2021, 09:13. Yazar: sevinc1
Bu gündən Bakıda və digər bölgələrdə istilik mövsümü başlayır

Bu gün Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.

Xatırladaq ki, dağlıq və dağətəyi rayonlarda isə istilik mövsümü noyabrın 1-də başlayıb.

Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.

aia.az
Geri dön