Ana Sayfa > Dünya > Malidə silahlılar hökumət ordusuna hücum edib, ölənlər var
Malidə silahlılar hökumət ordusuna hücum edib, ölənlər var15-11-2021, 08:50. Yazar: sevinc1 |
Silahlıların hücumu nəticəsində Mali hökumət ordusunun azı 4 üzvü həlak olub, 14-ü yaralanıb. Bu barədə ölkənin Silahlı Qüvvələrinin saytında məlumat verilib. Məlumata əsasən, üç yaralanan şəxs onlara tibbi yardım göstərmək üçün helikopterlə təxliyə edilib. Mali Baş Qərargah rəisi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. aia.az Geri dön |