Ana Sayfa > Seçki 2024 > Avtomobildə gizlədilən 22 ədəd mobil telefon aşkarlandı

Avtomobildə gizlədilən 22 ədəd mobil telefon aşkarlandı


12-11-2021, 16:51. Yazar: sevinc1
Avtomobildə gizlədilən 22 ədəd mobil telefon aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxs tərəfindən Amerika Birləşmiş Ştatlarından gətirilən xeyli miqdarda mobil telefonların gömrük nəzarətindən gizli keçiriləcəyi barədə məlumat daxil olub.

Həmin məlumat əsasında Azərbaycan Respublikası vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı “Mercedes E240” markalı avtomobili nəzarətə götürülüb.

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd “iPhone 13 PRO” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön