Ana Sayfa > İqtisadiyyat > Azərbaycan iqtisadiyyatı gözlənildiyindən daha sürətlə bərpa olunur -
Azərbaycan iqtisadiyyatı gözlənildiyindən daha sürətlə bərpa olunur -12-11-2021, 12:29. Yazar: sevinc1 |
Pandemiya nəticəsində Azərbaycan iqtisadiyyatında baş verən azalma gözlənildiyindən daha sürətlə bərpa olunur. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, ÜDM-nin bərpası daha sürətlə baş verir: "Bu ilin 9 ayında ÜDM-nin real artımı 4.8 faiz təşkil edib. Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki səviyyəyə 2022-ci ildə çatacağı nəzərdə tutulsa da görürük ki, cari ilin sonuna həmin səviyyəni bərpa edəcəyik. Bu da çox uğurlu göstəricidir. Qeyri-neft sektorunda isə artım 6.2 faiz təşkil edib. Bu dövr ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 8.3 faiz artıb,” – deyə nazir bildirib. aia.az Geri dön |