Ana Sayfa > Təhsil > Lənkəran Peşə Liseyinin tələbələri qənnadı fabrikində dual təhsilə cəlb olunublar

Lənkəran Peşə Liseyinin tələbələri qənnadı fabrikində dual təhsilə cəlb olunublar


11-11-2021, 15:57. Yazar: sevinc1
Lənkəran Peşə Liseyinin tələbələri qənnadı fabrikində dual təhsilə cəlb olunublar

Lənkəran Peşə Liseyində qənnadıçı-şirniyyatçı ixtisası üzrə təhsil alan tələbələr “LARAN” MMC qənnadı fabrikində dual təhsilə cəlb olunublar.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, tədris prosesi zamanı təhsilalanlar istehsalat təlimi və təcrübələrini fabrikin istehsal sahələrində keçirlər. Bundan əlavə, razılaşmaya görə tələbələrə ixtisas dərsləri də fabrikdə keçirilir. Qənnadı və şirniyyat məhsullarının istehsalı üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində fabrikin ixtisaslı mütəxəssislərinin iştirakı təmin edilir. Təlim proqramı altı ay müddətində davam edəcək. Tədris müddətində ən yaxşı nəticə göstərən təhsilalanlar fabrikdə işlə təmin olunacaqlar.

Qeyd edək ki, qənnadı və şirniyyat məhsullarının istehsalı üzrə kadr hazırlığını həyata keçirmək məqsədilə Lənkəran Peşə Liseyi və Lənkəranda yeni açılmış, müasir texnologiyalara cavab verən “LARAN” MMC qənnadı fabriki arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq regionda qənnadı və şirniyyat məhsullarının istehsalı üzrə birgə kadr hazırlığının təşkilini, habelə müxtəlif mütəşəkkil layihələrin hazırlanmasını nəzərdə tutur.

aia.az
Geri dön